Menu

Bakıda iki maşın toqquşub, tıxac yaranıb

07.03.2020, 01:42
Bakıda iki maşın toqquşub, tıxac yaranıb

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Abbasqulu ağa Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyota Land Cruiser”lə “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Nəticədə yolda tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol