Menu

Gənc qız metroda Paşinyanın verdiyi bukleti cırıb üstünə tulladı - VİDEO

07.03.2020, 08:30
Gənc qız metroda Paşinyanın verdiyi bukleti cırıb üstünə tulladı - VİDEO

Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı aprelin 5-də keçiriləcək referendum ərəfəsində Yerevanda təşviqat aparır.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadla bildirir ki, martın 6-da təşviqat yeri kimi metro seçilib, sərnişinlərə referendumda “bəli” deməyə çağıran bukletlər paylanıb.

Paşinyan tərəfindən "bəli" yazısı olan bukletlər paylanarkən xoşagəlməz hadisə baş verib. Gənc qız bukleti cırıb və baş nazirin üstünə atıb. 

Paşinyan isə öz növbəsində buna “Hər şey yaxşıdır, fikrinizə hörmətlə yanaşırıq, demokratiya elə bunun üçün mövcuddur” deməklə reaksiya verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol