Menu

Nazirlik rəsmisi təqaüdə göndərildi

07.03.2020, 13:13
Nazirlik rəsmisi təqaüdə göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov vəzifəsindən azad edilib.

Bunu “Report”a açıqlamasında nazirliyin Mətbuat katibi İradə ibrahimova deyib. 

O bildirib ki, Ə.Qaralov yaşla əlaqədar təqüdə göndərilib: “Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi vəzifəsinə təyinat yoxdur. Hazırda həmin vəzifəyə kadr təyinatı məsələsinə baxılır”. Qeyd edək ki, Əziz Qaralov 1977-ci ildən geoloq kimi fəaliyyət göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol