Menu

Ərindən xəbərsiz qızılları “Lombard”a qoydu...

07.03.2020, 13:45
Ərindən xəbərsiz qızılları “Lombard”a qoydu...

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, qəsəbə sakini olan qadın martın 1-də saat 20 radələrində yaşadığı evə girən 2 nəfərin onu yumruqla vurub əllərini iplə bağlayaraq oradan 2 150 manat, 2 000 ABŞ dolları və 3 000 manat dəyərində qızıl-zinət əşyalarını apardıqlarını bildirib. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının quldurluq faktı barədə verdiyi məlumat təsdiqini tapmayıb. O, izahatında qızıl əşyalarını ərindən xəbərsiz lombarda verməsini etiraf edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol