Koronavirus iqtisadi inkişafı aşağı olan İtaliya iqtisadiyyatına zərbə vurmağa davam edir.
"AzPolitika.info" "Anadolu Ajans" müxbirinin apardığı araşdırmalara istinadla xəbər verir ki, İtaliyada hər 10 şirkətdən biri müflis olmaq riski altındadır. Koronavirus xəstəliyinə görə FTSE MİB 30 indeksi 21 fevraldan bu günə kimi yüzdə 16% dəyərini itirib. Bu dəyər itkisinin İtaliya iqtisadiyyatına 95 milyard avrodan çox zərər vurduğu bildirilir. Avropa Birliyinin üçüncü böyük iqtisadiyyatı olan İtaliyada, virusa görə turizm başda olmaqla, bir çox itisadiyyat sahələrinin zərər görə bilməsi narahatlıqlara yol açıb.
"Birjalarin son 2 həftədəki zərəri 95 milyard avro"

Ən pis vəziyyətin inşaat, tekstil sənayesi, turizm, otel və restoranlarda olacağı gözlənilir. Koronavirus yayılandan bu günə kimi, İtaliyada turizm sektorunun zərəri 7,4 milyard avrodan çox olduğu bildirilir.İtaliyanı təkcə 2018-ci ildə 62,1 milyon turist ziyarət etmişdir.Ancaq mart ayında Roma, Milan, Florensiya kimi şəhərlərdəki otel və restoranlar bom-boş qalmışdır.
"Otel və restoranlar bom-boş"

İtaliyada zərər çəkən sahələrdən biri də idmandır. Virusun qarşısını almaq üçün, futbol üzrə A Seriyasının oyunlarının tamaşaçısız oynanılması qərara alınmışdır. Bu da klubları ən başlıca gəlir mənbəyindən məhrum edəcək.
"Stadionlar azakeşə həsrət qalıb"

Təkcə Roma şəhərindəki bir sıra idman tədbirlərinin ləğvi, büdcəyə 303 milyon avro ziyan vurub.


Şərhlər
Terrorçu kürdlərin tərəfində dayanan bir ölkə kimi İtaliyanın sonu olmayacaq.