Menu

Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisdə termovizor quraşdırılıb

07.03.2020, 14:52
Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisdə termovizor quraşdırılıb

Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisin girişində daxil olan şəxsləri temperaturunun yoxlanılması məqsədilə termovizor quraşdırılıb.

Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

A. Təvəkküloğlu deyib ki, Milli Məclisə daxil olan şəxslər termovizor vəsaitəsi ilə yoxlanışdan keçir. O cümlədən Milli Məclis deputatları da müvafiq qaydada yoxlanışdan keçəcək. A. Təvəkküloğlu indiyə qədər Milli Məclisə gələn şəxslər arasında yüksək temperaturu olan şübhəli şəxsin aşkarlanmadığını da söyləyib.

Eyni zamanda Milli məclisdə mütəmadi dezinfeksiya işləri də aparılır.

Şərhlər

Mubariz 2020-03-07 21:15:37

onda <deputatlar >ora daxil ola bilməyəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol