Menu

Türkiyə Zaqrebə "hədiyyə" göndərib - Avropa İttifaqının sammiti günündə

07.03.2020, 22:52
Türkiyə Zaqrebə "hədiyyə" göndərib - Avropa İttifaqının sammiti günündə


Martın 6-da Türkiyədən İŞİD terror təşkilatının cinayətkar fəaliyyətində iştirak etmiş əcnəbilərin növbəti qrupu deportasiya edilib. Bu barədə cümə günü Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) xəbər verib.

İdarədə qeyd ediblər ki, ölkədən deportasiya olunan Xorvatiya vətəndaşıdır, onun adı açıqlanmır.

Maraqlıdır ki, Ankara keçmiş İŞİD döyüşçüsünü xorvat pasportu ilə bu ölkənin paytaxtı Zaqrebdə Yunanıstanın sorğusu əsasında Avropa İttifaqı (Aİ) ölkələri DİN başçılarının sammitinin keçirildiyi gün ölkədən çıxardıb.

Sammitdə Türkiə hakimiyyətinin qeyri-leqal miqrantları daha ölkə sərhədləri daxilində saxlanmayacağına və onların Aİ ərazisində kçməsinə mane olmayacağına dair qərarı müzakrə olunurdu.

Cümə günü Türkiyənin «Anadolu» dövlət informasiya agentliyinin xəbər verdiyi kimi, Türkiyənin daxili işlər naziri Süleyman Soylu fevralın sonlarında bilirmişdi ki, 2019-cu ilin noyabrından üzübəri Ankara terrorçuluqda şübhəli bilinən 250 nəfər əcnəbini deportasiya edib.

«Türkiyə ərazisinə giriş qadağası dünyanın 102 ölkəndən olan 7918 nəfərə tətbiq olunub» - deyə, nazir o zaman məlumat vermişdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol