Menu

Trampın çıxış etdiyi konfrans iştirakçılarından birində koronavirus aşkar olundu

08.03.2020, 13:38
Trampın çıxış etdiyi konfrans iştirakçılarından birində koronavirus aşkar olundu

ABŞ-da fəalaiyyət göstərən “Amerikan Mühafizəkarlar Birliyi” (ACU) təşkilatının təşkil etdiyi və prezident Donald Tramp və vitse-prezident Maykl Pensin nitq söylədikləri konfrans iştirakçılarının birində koronavirus aşkar edilib.

Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.

“Həmin ziyarətçi prezident və vitse-prezidentlə hər hansı şəkildə kontaktda olmayıb və əsas zaldakı mərasimə baş çəkməyib. Donald Tramp administrasiyası situasiyanı nəzarətdə saxlayır və biz bütün rəsmi şəxslərlə müntəzəm şəkildə informasiya mübadiləsi aparırıq”,-deyə bəyanatda bildirilir.

Qeyd olunur k, konfrans Vaşinqtonda, bu ilin fevral ayının sonunda baş tutub.

Donald Tramp orada yalnız sonuncu gün görünüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol