Menu

Çində mehmanxananın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatdı

09.03.2020, 12:40
Çində mehmanxananın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatdı

Çinin Futszyan əyalətinin Kuanjou şəhərindəki “Xinjia Express” mehmanxanasının martın 7-də çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb, 21 nəfər hələ də dağıntılar altındadır. 

“Report” “Renmin Ribao”ya istinadən xəbər verir ki, altımərtəbəli, 80 nömrəlik mehmanxana COVİD-19 virusuna yoluxanların karantini üçün istifadə edilirdi. İlkin məlumata görə, uçan binanın altında qalmış 71 nəfərdən 50-si xilasedicilər tərəfindən çıxarılıb, 9 nəfər isə özləri dağıntılar altından xilas olub. 

Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol