Menu

Zaqatalada zavoddan 20 min manatlıq oğurluq

09.03.2020, 13:08
Zaqatalada zavoddan 20 min manatlıq oğurluq

Zaqatalada zavoddan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Belə ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki zavodların birindən 20 000 manat dəyərində fındıq ləpəsi oğurlamaqda şübhəli bilinən Kebeloba kənd sakinləri M.Tahirov saxlanılıb, daha 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol