Menu

ÜST koronavirusla bağlı son məlumatları açıqladı

09.03.2020, 15:08
ÜST koronavirusla bağlı son məlumatları açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 8-dək koronavirusa (COVID-19) yoluxanlara aid statistik məlumatları açıqlayıb. 

"Report" xəbər verir ki, məlumatda son 24 saat ərzində Bolqarıstan, Kosta-Rika, Farer adaları, Fransa Qvianası, Maldiv adaları, Malta, Martinika, Moldova Respublikasında koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma hallarının qeydə alındığı bildirilib. Təşkilatın məlumatında vurğulanıb ki, risk qiymətləndirilməsi Çində, regional səviyyədə və qlobal səviyyədə çox yüksəkdir Təsdiqlənmiş yoluxma hallarının sayı: 

Dünyada: 105 586 (3 656 yeni) 

Çində: 80 859 (46 yeni) 3 100 ölüm halı (27 yeni) 

Çindən kənarda: 24 727 yoluxma halı (3 610 yeni) 484 ölüm halı (71 yeni)

101 ölkə/ərazi (8 yeni)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol