Menu

Qızılın qiyməti rekord vurur

09.03.2020, 15:13
Qızılın qiyməti rekord vurur

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 700 ABŞ dollarını keçib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu gün əmtəə birjalarında qiymətli metal 1,9% bahalaşıb və 1 704 ABŞ dollarına realizə edilib. Bu, 2012-ci ilin dekabr ayından bəri maksimal həddir. 

Bahalaşmaya səbəb kimi investorların qeyri-müəyyən iqtisadi vəziyyət fonunda qızıla tələbatının artması göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol