Menu

Polşa ABŞ-dan "Javlin" kompleksi alacaq - Rusiyadan qorunmaq üçün

10.03.2020, 01:14
Polşa ABŞ-dan "Javlin" kompleksi alacaq - Rusiyadan qorunmaq üçün

Polşa 180 ədəd «Javelin» raketinin və 79 atış aparatının tədarükü barədə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə saziş bağlayıb. Bu barədə «Bild» nəşri yazıb. Nəşrin məlumatına görə, Polşa öz ordusunu kütləvi halda yenidən silahlandırır ki, bu da«Rusiyanın təcavüzü» təhlükəsi ilə bağlıdır.

Nəşrin qeyd etdiyi kimi, həmin raket kompleksinin xüsusiyyəti ondan ibarətdir ki, onu bir döyüşçü gəzdirə və oturmuş vəziyyətdə atəş aça bilir. Bu zaman «Javelin» 2 kilometr məsafədən zirehli hədəfləri vura bilir - istənilən hava şəraitində və hətta gecə vaxtı da.

«Bild»in məlumatına görə, Polşa hökuməti ABŞ-a 100 milyon dollar dəyərində raket və atış aparatlarını sifariş eib. Nəşr xatırladır ki, bundan əvvəl ABŞ «Javelin»i Ukraynaya, Gürcüstana və Baltikyanı ölkələrə tədarük edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol