Baltik donamasının «İsgəndər» operativ-taktiki raket komplekslərinin heyəti şərti raket zərbələri endirməyi məşq ediblər. Bu barədə Baltik donanmasının mətbuat xilməti xəbər verib.
«Raketçilər təyin olunmuş» mövqe rayonuna xəlvəti çıxarılma əməliyyatını həyata keçirərək, orada start mövqeyi qurub, təkbaşına elektron və qrup halında hədəflərə atışlar həyata keçiriblər» - xəbərdə belə deyilir.
Məşqlərin gedişində ordu korpusunun döyüş heyətləri ərazinin radiasiya, kiimyəvi zəhərlənmə şəraitində fəaliyyətini və şərti rəqibin diversiya-kəşfiyyat qruplarının hücumlarının qarşısının alınmasını məşq ediblər.
Məşqlərdə 100 nəfərdən artıq hərbçi iştirak edib, 20 vahid hərbi və xüsusi texnika hərəkətə gətirilib.
AzPolitika.info


Şərhlər