Menu

7 rayonda qaz olmayacaq

30.09.2014, 10:38

Qaz-yanan1Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 14:00-dan 16:00-dək Quba rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Xəzər rayonunu bir hissəsinə, saat 18:00-dək Sabunçu, Ağstafa və Tovuz rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Oğuz rayonuna və Qobustan rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol