Amerika Birləşmiş Ştatları(ABŞ) silahlı qüvvələrinin mərkəzi komandanlığından verilən xəbərə görə, İraqda 2 ABŞ hərbçisi həlak olub. Bu barədə “Əl Sumaria” telekanalı xəbər verib.
ABŞ vətəndaşları gecə vaxtı İraqın mərkəzi bölgəsinin şimalındakı dağlıq rayonda tapşırıq yerinə yetirərkən öldürülüblər.
Qeyd olunur ki, amerikalılar İraqın təhlükəsizlik qüvvələrini İŞİD-in möhkəmləndirilmiş mərkəzinin məhv edilməsi missiyasının gedişi zamanı müşayiət edirmişlər.
Əməliyyat qərargahının dəqiqləşdirməsinə görə, eyni zamanda bir neçə İraq hərbçisi də öldürülüb.
AzPolitika.info


Şərhlər