Şabranda 46 yaşlı kişi dəm qazından boğulub.
APA-nın məlumatına görə, hadisə Ağbaş kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Müşfiq Quliyev əmisi oğluna məxsus evin həyətindəki hamamda dəm qazından boğulub ölüb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci( Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.


Şərhlər
Mənzillərə verilən təmizlənməmiş qaz can almaqda koronavirusdan geri qalmır.Amma kimə deyəsən?Ölkə əhalisinə və təbii sərvətlərinə qənim kəsilənlərə heç bir cəza tətbiq olunmur..