Menu

İtaliya koronavirusla mübarizəyə 25 milyard avro ayıracaq

11.03.2020, 15:35
İtaliya  koronavirusla mübarizəyə 25 milyard avro ayıracaq

İtaliya Nazirlər Şurası koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyətdə ailələrə və şirkətlərə dəstək olmaq üçün 25 milyard avro ayırmaq qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın baş naziriCüzeppe Konte məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ bir anda istifadə edilməyəcək, ancaq çətinliklərin öhdəsindən gəlmək üçün lazım olacaq.

Qeyd edək ki, daha əvvəl təxminən 7,5 milyard avro ayrılacağı elan edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol