Menu

Ermənistanda daha 3 nəfər koronavirusa yoluxub

11.03.2020, 21:44
Ermənistanda daha 3 nəfər koronavirusa yoluxub

Ermənistanda yeni koronavirusa üç yoluxma halı təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində qeyd edib.

“Təəssüf ki, bizdə üç nəfərin koronavirusa yoluxması təsdiq edilib. Onlardan ikisi, 42 və 47 yaşlı şəxslər Ermənistan vətəndaşlarıdır. Digəri isə ölkəmizdə işləyən İtaliya vətəndaşıdır (51 yaş). Onların hamısı İtaliyada səfərdə olublar. İtaliyalı və Ermənistanın bir vətəndaşının heç bir şikayəti yoxdur. Lakin, digər şəxsdə pnevmoniya aşkar edilib”.

Onun sözlərinə görə, xəstələrin kimlərlə əlaqə qurması barədə araşdırma aparılır.

Şərhlər

t.ədalət 2020-03-12 11:47:50

Görəsən,ermənilərə aid olan lazımsız informasiyalar bizim KİV-ləri nəqədər məşğul edəcək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol