Menu

Koronavirusla bağlı Azərbaycandakı vəziyyətə dair mətbuat konfransı keçiriləcək

12.03.2020, 17:08
Koronavirusla bağlı Azərbaycandakı vəziyyətə dair mətbuat konfransı keçiriləcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi koronavirus pandemiyası (COVID-19) ilə bağlı mətbuat konfransı keçirəcək.

Nümayəndilikdən “Report”a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair məlumat verməkdir.

Mətbuat konfransı sabah saat 17.00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol