Menu

Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü

13.03.2020, 09:38
Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

t.ədalət 2020-03-13 11:41:28

Azərbaycanda burun əməliyyatı aparacaq həkim yoxdur.Artıq neçənci dəfədir ki,ölüm hadisəsi baş verir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol