Menu

Ermənistanda deputatlar onlayın iş rejiminə keçdi

13.03.2020, 16:42
Ermənistanda deputatlar onlayın iş rejiminə keçdi

Ermənistan parlamentinin deputatları koronavirusa görə iş rejimini dəyişiblər.

“Mediapost” erməni mətbuatına istinadla xəbər verir ki, məlumatı Ermənistan Milli Məclisinin sədri Ararat Mirozyan “Facebook” səhifəsində paylaşıb.

O, qanunverici orqanın deputatlarına və heyətinə müraciət edərək koronavirus təhlükəsi ilə bağlı öz vəzifələrini onlayn yerinə yetirmələrini istəyib.

Qeyd edək ki, Ermənistanda 8 nəfər koronavirusa yoluxub. Ona görə də bağça, məktəblər və universitetlər bağlanıb. İşğalçı ölkənin ordusunda da şəxsi heyətin koronavirusa yoluxma halları olsa da məlumat mətbuatdan gizlədilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol