Menu

"Hazırda koronavirusa yoluxan 15 nəfər var" - İbrahim Məmmədov

13.03.2020, 21:24
"Hazırda koronavirusa yoluxan 15 nəfər var" - İbrahim Məmmədov

"Hazırda koronavirusa yoluxan 15 nəfər var".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O söyləyib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: "İndiyə qədər 3 nəfər sağalıb".

"Bizim ölkədə virus pandemiya vəziyyətində deyil", - deyə İbrahim Məmmədov qeyd edib.

O bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: "Ölkədə bir çox kütləvi tədbirlər qadağan edildi. Dəfn istisna olmaqla, yas mərasimləri qadağan edilir. Xüsusi rejimə riayət etməyənlər cəzalandırılacaq. Biz başqa ölkələrlə müqayisədə əlverişli vəziyyəti qoruyub saxlayırıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol