Menu

Dünya Kubokunun final mərhələləri ləğv olundu

13.03.2020, 22:17
Dünya Kubokunun final mərhələləri ləğv olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.

"Report" Azərbaycan Gimnastika Federasiyasına (AFG) istinadla xəbər verir ki, federasiyanın bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol