Menu

Ronaldinyo məhbuslar arasında matçda 5 qol vurdu

14.03.2020, 14:23
Ronaldinyo məhbuslar arasında matçda 5 qol vurdu

Braziliya futbol ulduzu hazırda Paraqvayda həbsdə olan sabiq futbolçu Ronaldinyo məhbuslar arasında keçirilən matçda 5 qol vurub.

Trend-in məlumatına görə, matç həbsxanada təşkil olunan futbol turnirinin final oyunu olub.

Ronaldinyonun olduğu komanda 11:2 hesab ilə qalib gəlib, futbolçu özü isə 5 qol vurub, 6 məhsuldar ötürmə etməklə komandasının bütün qollarında iştirak edib.

Finalda qalib gələn komandaya mükafat olaraq 16 kiloqramlıq donuz təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol