Menu

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

15.03.2020, 15:00
Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Koronavirusun yayılması səbəbindən Qazaxıstanda fövqəladə rejim tətbiq olunub.

Bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev əmr imzalayıb.

“Vətəndaşların həyatını və sağlamlığını qorumaq məqsədilə ölkənin bütün ərazilərində 16 mart saat 08:00-dan 15 aprel saat 07:00-a qədər fövqəladə vəziyyət elan olunsun”, - əmrdə bildirilib.

Eyni zamanda fövqəladə rejimin tətbiq olunması məqsədilə prezident yanında dövlət komitəsi də yaradılıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol