Menu

Artıq Çinin 13 bölgəsində koronavirus xəstəsi qalmayıb

16.03.2020, 22:45
Artıq Çinin 13 bölgəsində koronavirus xəstəsi qalmayıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çinin 13 bölgəsində bir nəfər də olsun koronavirus xəstəsi qeydə alınmayıb. 

Bunlar Tibet, Sintszyan-Uyğur Muxtar Rayonu, Tsinxay, Futszyan, Anxoy, Tszyansi, Şansi, Xunan, Tszyansu, Çuntsin, Nuyçjoy, Tszilin bölgələri və Tsyantsizin şəhəridir.

SSTV telekanalının məlumatına görə, Çin Xalq Respublikasının (ÇXR) xəstəxanalarında 9898 nəfər qalmaqdadır ki, onların 3032 nəfəri ağır vəziyyətdədir.

Martın 12-də ölkə hakimiyyəti xəbər verib ki, infeksiyanın yayılmasının pik həddi artıq keçilib.

Çində cəmi 81 min nəfərə yaxın insan yeni koronavirusdan xəstələnib, onlardan 3213 nəfəri ölüb, 68 min nəfəri isə sağalıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol