Menu

Yüksək gəlirli daşınmaz əmlakı olan şəhərlərin reytinqi açıqlanıb - TOP-10

18.03.2020, 13:26
Yüksək gəlirli daşınmaz əmlakı olan şəhərlərin reytinqi açıqlanıb - TOP-10

"Hurun" tədqiqat institutunun mütəxəssisləri dünyanın müxtəlif şəhərlərində daşınmaz əmlaka yatırılan sərmayənin geri qaytarılmasını araşdırıb. Əmsal hesablanarkən mənzil qiymətinin illik artımı, kirayə rentabelliyi və valyuta dəyişkənliyi kimi amillər nəzərə alınıb.

"APA-Economics"in institutun apardığı araşdırmanın nəticələrinə istinadən verdiyi məlumata görə, "Hurun" araşdırmalar əsasında şəhərlərin reytinqini tərtib edib. Ümumiyyətlə, reytinqdə yer almış 50 şəhərlərdən 10-u ABŞ, 7-si Böyük Britaniya, 5-i isə Kanada şəhərləridir.

Daşınmaz əmlakın yüksək gəlir gətirdiyi şəhərlərin reytinqi:

#ŞəhərGəlirlik, %
1Sankt-Peterburq (Rusiya)31,1
2Hokkaydo (Yaponiya)24,8
3Budapeşt (Macarıstan)23,8
4Phuket (Tailand)22,3
5Ottava-Qatino (Kanada)20,3
6Keyptaun (CAR)19,6
7Moskva (Rusiya)18,8
8Pattaya (Tailand)18,7
9Banqkok (Tailand)18,4
10Monreal və Hamilton (Kanada)16,9

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol