Menu

Anjey Kasprişik koronavirusla bağlı bəyanat yayıb

18.03.2020, 21:30
Anjey Kasprişik koronavirusla bağlı bəyanat yayıb

“Koronavirus pandemiyasının yayılması bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli səviyyədə səyahət məhdudiyyətlərinə, habelə risklərin azaldılması üçün üz-üzə təmas məhdudiyyətlərə səbəb olub”.

ATƏT-in mətbuat xidmətinin verdiyi xəbərə görə, bu barədə qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik bildirib.

O qeyd edib ki, göstərilənləri nəzərə alaraq və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər ləğv olunana qədər monitorinq təlimləri dayandırılacaq: “Bu arada müvafiq hərbi qurumlarla əlaqə saxlamağa davam edirəm”. APA 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol