Menu

"Pensiyalar və müavinətlər vaxtından qabaq ödənilib" - Fazil Talıbov

19.03.2020, 16:23
"Pensiyalar və müavinətlər vaxtından qabaq ödənilib" - Fazil Talıbov

"Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayram ərəfəsində yekunlaşıb".

“AzPolitika.info” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, ödənişin həyata keçirilməsinə hələ martın ilk həftəsində başlanılmışdı və bütün ölkə üzrə bu proses başa çatıb:

"Xüsusi rütbəli şəxslərin, hərbi qulluqçuların, dövlət qulluqçularının və başqalarının da mart ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda, müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin olunub".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol