Menu

Azərbaycanda tibb işçiləri yenə mükafatlandırılacaq

19.03.2020, 16:31
Azərbaycanda tibb işçiləri yenə mükafatlandırılacaq

Azərbaycanda tibb müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək və maddi-texniki bazası gücləndiriləcək.

"Report" xəbər verir ki, bu, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında öz əksini tapıb.

Bildirilib ki, o cümlədən texnoloji qurğular, cihazlar, avadanlıqlar, nəqliyyat vasitələri, mal və materiallar, habelə digər tibbi ləvazimat alınacaq.

Həmçinin tibb sahəsində çalışan işçilərin mükafatlandırılacaq və onlara maddi yardım göstəriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol