Menu

“Bəlkə də bu bəla insanlığa həyat dərsidir...” - Yeni deputatın bayram mesajı

19.03.2020, 17:30
“Bəlkə də bu bəla insanlığa həyat dərsidir...” - Yeni deputatın bayram mesajı

Milli Məclisin yeni deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sosial şəbəkə üzərindən Azərbaycan xalqına Novruz Bayramı təbriki ünvanlayıb. Komitə sədrinin təbrikində deyilir:

“Əziz xalqımız, dəyərli dostlar!

Novruz Bayramı milli sərvətimiz olaraq Azərbaycan xalqının qəlbinin bayramıdır. Mən sizin hamınızı bu əziz bayramımız münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, uzun ömür və səadətlə, məhəbbətlə dolu xoşbəxtlik arzulayıram.

Bayramların içərisində millətimiz, xalqımız üçün ən əziz və doğma olanı Novruzdur, cünki bu bayram təbiəti dərk etmək baxımından elmi əsaslara soykənərək meydana gəlmiş, xalqımızın şüurunda özünəməxsus yer tutmuşdur. Novruz, həm də yenilik və birlik bayramıdır!

Təəssüflər olsun ki, bu il bu birlik bayramımızı təntənə ilə qarşılaya bilmirik. Dünyanı təşvişə salan COVİD-19 adlanan koronavirus insanlığın qəsdinə durub, insanları bir-birindən ayrı salıb. Amma inanıram ki, tezliklə bu bəladan xilas olaraq rahat həyata, yaşayışa başlayacağıq. Bəlkə də bu bəla bir həyat dərsi olaraq insanların təbiətə, bir-birinə olan münasibətinə yenidən baxmağa vadar edəcək. Bəlkə də dünyaya ağalıq etmək istəyən dövlətlər Tanrının yaratdığı təbiətə, insana və insanlığa dəyər verərək, bu gün və gələcəkdə baş verə biləcək belə problemlərin qarşısında acızliyini dərk edəcək, problemsiz dünya yaratmaqda maraqlı olacaqlar.

Novruz bayramı həmçinin arzular bayramıdır. Ev şəraitində keçirdiyimiz bu bayramda hamının öz arzularına, niyyətlərinə çatmasını istəyirəm. Arzu edirəm ki, hər bir insanın, hər bir vətəndaşımızın arzusu bu il yerinə yetsin!

Şəhid vermədən torpaqlarımızı geri alaq!

Bütun dünyada sabitlik və əmin-amanlıq olsun!

Heç bir insan, heç bir ailə ruzi problemi yaşamasın!

Bir daha bayramınız mübarək!!!”

Şərhlər

Elli 2020-03-19 19:04:25

şəhid vermədən torpaqlarımızı geri almaq mümkün deyil, tarixdə belə şey olmayıb.

Tanish 2020-03-19 18:54:38

Bu mili servet deyil bu corayiyalarda yashayan xalglarin min illere uzanan bayramidir. Milli servetler komtesinde olmaq her sheyi milli servet etmek demek deyil. Uzaq Latviyadan

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol