Menu

"Dünyada koronavirusa yoluxanların sayı 209 mini ötüb" - ÜST

20.03.2020, 12:40
"Dünyada koronavirusa yoluxanların sayı 209 mini ötüb" - ÜST

Dünya üzrə yeni tip koronavirusa yoluxanların sayı 209 839-a çatıb.

"Report"un məlumatına görə, bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında əksini tapıb.

Məlumata görə, 8,7 mindən artıq insan xəstəliyin qurbanı olub.

ÜST-nin məlumatına görə, son sutka ərzində dünyada 16 556 yeni yoluxma faktı təsdiq edilib, onlardan 58-i Çində aşkarlanıb.

Təşkilatın məlumatına görə, koronavirusdan bir gün ərzində 828 nəfər ölüb.

Qeyd edək ki, ÜST koronavirusla bağlı hesabatını gündə bir dəfə açıqlayır. Hazırkı hesabat martın 19-u Bakı vaxtı ilə saat 03:00-ın məlumatıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol