Menu

Qırğızıstanda daha üç nəfərdə koronavirus aşkar olunub

20.03.2020, 16:25
Qırğızıstanda daha üç nəfərdə koronavirus aşkar olunub

Qırğızıstanda koronavirusa yoluxanların sayı 6 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə naziri Kosmosbek Çolponbayev mətbuat konfransında məlumat verib. Bildirib ki, ilk 3 virus daşıyıcısı Cəlalabad vilayətinin Suzak rayonunun sakinləri olub. Onlar Səudiyyə Ərəbistanında ziyarətdə olublar və virus da oradan gətirilib. Koronavirusa yeni tutulan 3 nəfərin virusa yoluxduğu şərait dəqiqləşdirilir.

Nazir deyib ki, hazırda ölkədə koronavirusla bağlı 600-ə yaxın şəxs karantindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol