BİR SIRA DÖVLƏT ORQANLARI MƏZUNİYYƏTƏ GÖNDƏRİLİR - Baş Nazir məktub göndərib + FOTO

Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

"Report"un məlumatına görə, məktubda deyilir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktiki tədbirlər çərçivəsində dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci ilin mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilsinlər.

Virtualaz.org-un məlumatına görə, Qərar hüquq mühafizə orqanlarına və tibb sektoruna şamil edilmir.


635x100

Şərhlər

Xanlar 2020-03-20 20:05:07

Məncə fərman düzgün əks olunmayıb.Fərmanın sonuncu cümləsində əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilir .Əmək haqqı saxlanılmaqla ödənişsiz?Bəlkə ödənişli olmalıdır?

Son yazılar