Menu

Qazaxda yol qəzası baş verdi, xəsarət alanlar var

20.03.2020, 22:48
Qazaxda yol qəzası baş verdi, xəsarət alanlar var

Qazax rayonunda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

Üç avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol