Menu

SALYANDA YENİ POLİS RƏİSİ - Vilayət Eyvazov əmr imzalayıb

21.03.2020, 11:52
SALYANDA YENİ POLİS RƏİSİ - Vilayət Eyvazov əmr imzalayıb

Salyan polis şöbəsinə rəis təyinatı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt Şəhər Polis şöbəsinin rəis müavini işləmiş polkovnik Nəzər Əsgərov Salyan rayon polis şöbəsinin rəisi təyin olunub.

Bundan əvvəl Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işləmiş polis polkovniki Cəbrayıl Vəliyev Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol