Menu

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

21.03.2020, 22:06
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu Nobel prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı avtomobil yolu keçmək istəyən 35-40 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol