Hər zaman qələbəliklə seçilən Roma küçələri indi tamamilə boş qalıb. Turistlərin və ziyarətçilərin sevimli yeri olan İtaliya paytaxtı kabus şəhərə çevrilib.
Hökumət koronavirusla mübarizə tədbirlərini gücləndirib - bütün parklar, bağlar və oyun meydançaları 5 gün müddətinə bağlanıb.
İtaliya hazırda koronavirusun yayılması ilə bağlı yaranmış böhranın episentrinə çevrilib. Martın 22-si səhər saatlarına olan məlumata görə, ölkədə 56 min nəfər virusa yoluxub, 4,8 mindən artıq insan bu xəstəlikdən ölüb.
Rəsmi məlumatlardan görünür ki, ölkə ölümlərin sayına görə Çini (3,3 min) ötüb keçib.
AzPolitika.info


Şərhlər