Menu

Qaradağ rayonunda dezinfeksiya işləri aparılır - FOTOLAR

23.03.2020, 13:45
Qaradağ rayonunda dezinfeksiya işləri aparılır - FOTOLAR

Qaradağ rayonunda koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısı, parklarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq aparılır. 

Həmçinin, rayonun bütün qəsəbələrindəki məhəllələrdə və uşaq meydaçalarında oturacaqlar, idman qurğuları, söhbətgahlar, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma işləri aparılır. 

Hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə təbliğat işləri də aparılır. 

Bu işlər gündəlik olaraq davam etdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol