Azərbaycanda avtomobil benzini istehsalı 15% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 11,3% artıb.

Ayrı-ayrı neft məhsullarının istehsalına gəlincə, bu ilin yanvar-fevral aylarında 230 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 15,1% çoxdur.

Eyni zamanda, ilin iki ayı ərzində 371,8 min ton dizel yanacağı, 19,9 min ton yanacaq mazutu, 5,3 min ton sürtkü yağları, 30,2 min ton neft bitumu istehsal edilib.

Sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3%, dizel yanacağının istehsalı 9,5% artıb.

Hesabat dövründə 44,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 100,1 min ton ağ neft, 39,5 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 17,9%, ağ neftin istehsalı 3,3%, neft koksunun istehsalı 1,2% azalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar