Menu

"AvtoProfi" də Fonda vəsait köçürdü

23.03.2020, 17:16
"AvtoProfi" də Fonda vəsait köçürdü

"AvtoProfi" MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat vəsait köçürüb.

Bu barədə "BakuPost"-a "AvtoProfi" MMC-dən məlumat verilib.

Qeyd edilib ki, şirkət cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir. Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol