Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 61-ə çatıb

23.03.2020, 19:27
Gürcüstanda koronavirusa yoluxanların sayı 61-ə çatıb

Gürcüstanda koronavirusa yoluxan şəxslərin sayı 61 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi internet saytında bildirilib.

Hazırda ölkə üzrə karantinə alınanların sayı 3320 nəfər, stasionar nəzarətdə olanların sayı isə 235 nəfərdir. Bu vaxta qədər 8 nəfər virusdan sağalıb.

Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da təsdiqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol