Menu

Fatih Terim koronavirusa yoluxdu

23.03.2020, 23:57
Fatih Terim koronavirusa yoluxdu

Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis rəsmi "Twitter" hesabı vasitəsilə ilə bildirib.

O, koronavirus testinin müsbət nəticələndiyini və hazırda xəstəxanada olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol