Koronavirusa qalib gəlməyə dəniz kələmi kömək edər - Diyetoloq məsləhəti

Koronavirusun yayılmasının təhdidləri fonunda immuniteti möhkəmləndirmək üçün insanlara dəniz kələmi (laminariya) kömək edə bilər. Rusiyanın Samara elmi-tədqiqat diyetologiya və diyetoterapiya institutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq belə hesab edir.

Sputnik radiosuna verdiyi müsahibədə alim qeyd edib ki, dəniz kələmi elə də populyar qida olmasa da ciddi mövsümi xəstəliklər və koronavirus pandemiyası şəraitində ona birinci dərəcəli diqqət yetirilməlidir.

«Dəniz kələminin effektlərindən biri də immun sisteminin stimullaşdırılması, xüsusən də antibakterial və virus əleyhinə immunitetin stimullaşdırılmasıdır» - diyetoloq bildirib.

O, qeyd edib ki, laminariya COVİD-19 virusuna qarşı panaseya («panaseya» - qədim əlkimyaçılarda hər dərdin dərmanı hesab olunurdu) olmasa da virusa yoluxma riskini əhəmiyyətli dərəcədə aşağı salar.

Həftədə bir neçə dəfə, həm də istənilən formada bu qidadan istifadə etmək olar. Konservi, hətta çipsi kimi də istifadə oluna bilər.

İmmuniteti möhkəmlətməkdən başqa, dəniz kələmi xroniki yorğunluğa da üstün gəlməyə kömək edir. Bu xüsusiyyəti onun tərkibində böyük miqdarda yodun olması ilə izah edilir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar