İngiltərədə futbol matçları Londondan kənarda keçirilə bilər

İngiltərədə bütün futbol oyunları Londondan kənarda keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan mövsüm bərpa olunsa, Premyer Liqa və aşağı liqa təmsilçisi olan paytaxt klublarının ev matçlarını bölgələrdə keçirməsi variantı müzakirə olunur.

Bu varianta əsasən, ənənəvi olaraq əfsanəvi “Uembli”də təşkil olunan və yalnız istisna hallarda başqa arenalarda keçirilən İngiltərə kubokunun final qarşılaşması da paytaxtdan kənarda baş tutacaq. Bu, virusun Londonda daha çox yayılması ilə bağlıdır.

Qeyd edək ki, Böyük Britaniyada 5 mindən artıq adam koronavirusa yoluxub. Bu üzdən Premyer Liqa aprelin 30-dək təxirə salınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar