Menu

Bişkekdə komendant saatı tətbiq ediləcək

24.03.2020, 13:34
Bişkekdə komendant saatı tətbiq ediləcək

Qırğızıstan paytaxtının komendantı, respublikanın Daxili İşlər nazirinin müavini Almazbek Orozaliyev Bişkekdə komendant saatının tətbiq olunduğunu elan edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, A. Orozaliyev bildirib ki, martın 25-də səhər saat 08:00-dan (Bakı vaxtı ilə səhər saat 6-dan) etibarən komendant saatı qüvvəyə minəcək.

Onun sözlərinə görə, vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətinə qoyulan qadağa Qırğızıstan Prezidenti tərəfindən Bişkekdə elan edilmiş fövqəladə vəziyyət çərçivəsində səhər saat 07:00-dək (Bakı vaxtı ilə 07:00-dək) davam edəcək.

A. Orozaliyev hazırda Bişkekdə olan ölkənin digər bölgələrinin sakinlərinə paytaxtı tərk etməyə çağırıb, əks təqdirdə rejimi pozanlara qarşı "qanuni tədbirlər" görüləcək. Komendant saatı müddəti üçün həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər də daxil olmaqla vətəndaşların müəyyən kateqoriyalarına xüsusi pasportlar veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol