Menu

İlham Rəhimov və şərikləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon köçürüb

24.03.2020, 20:45
İlham Rəhimov və şərikləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon köçürüb

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna xarici ölkələrdə fəaliyyət göstərən iş adamları tərəfindən də dəstək göstərilib.

“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zaxar İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koranavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.

Bu barədə "AzPolitika.info"ya professor İlham Rəhimovun mətbuat xidmətindən məlumat verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol