Menu

Neft Daşlarında çalışanlar xüsusi rejim müddətində növbədə qalacaqlar

24.03.2020, 22:39
Neft Daşlarında çalışanlar xüsusi rejim müddətində növbədə qalacaqlar

Qadağalar qüvvəyə minənə qədər Neft Daşlarında olan işçilər aprelin 20-dək növbədə qalacaq və onların əmək haqları artırılacaq. 

“Report” xəbər verir ki, bunu İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib:

“Anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır. Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər.

Neftçilərə minnətdar olmalıyıq, bu bir fədakarlıq, qəhrəmanlıqdır ki, həm öz ailələrini, iş yoldaşlarını yoluxma təhlükəsi altına qoymamaq üçün onlar öz növbə vaxtlarını uzatmağa razılaşıblar. Bu da vətəndaşların anlaşıqlı münasibətinin və milli həmrəyliyinin nümunələrindən biridir".

Şərhlər

İlham 2020-03-26 15:38:48

Sahildə qalan işçilərin maaşını necə.ödənləcəy

TELMAN 2020-03-25 22:36:03

SAHİLDƏ NOVBƏYƏ APARİLMAYAN İSCİLƏRƏ MAAS NECƏ BƏS ODƏNİLƏCƏK

Elman 2020-03-25 08:09:34

Sahildə olan neftçilərin ödənişləro nəzərdə əmək haqqlarından gedir söhbət onlara nə veriləcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol