Menu

Rusiyada koronavirusa yoluxanların sayı 658 nəfərə çatıb

25.03.2020, 13:46
Rusiyada koronavirusa yoluxanların sayı 658 nəfərə çatıb

Son sutka ərzində Rusiyada daha 63 nəfər yeni tip koronavirusa (COVID-19) yoluxub.

APA-nın TASS agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə bu gün Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bildirib.

Beləliklə, Rusiyada koronavirusa yoluxanların sayı 658 nəfərə çatıb. İndiyə qədər koronavirusa yoluxan 20 nəfər sağalıb. Müşahidə altında özünütəcrid vəziyyətində isə 112 min nəfər var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol